18 Mart 2019 14:39
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oteldə özündən 6 yaş kisik sevgilisi Vüqar Atakişiyevi öldürməkdə təqsirli bilinən Günel Hüseynova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Günel Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman onların arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib.

Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi əraziyə Binəqədi rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb edilib.

Günel Hüseynova isə elə hadisə yerindəcə saxlanılıb.

İlkin ifadəsi zamanı o, oğlanın ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşdə oğlanın onunla evlənmyəcəyini görərək onu öldürmək qərarına gəlib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsini (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər