20 Mart 2019 22:42
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com