27 Mart 2019 16:30
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, Səidə Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (q abaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər