Donetsk Azərbaycanlıları Konqresinin eks-sədri Malik Pirverdiyevin oğlu “Coni” ləqəbli Camal Pirverdiyev Rusiyanın məşhur “Faktor-2” qrupunun solisti İlya Podstrelovu döyüb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənni İnstaqramda məlumat verib.
“Life.ru” saytı isə iddia edir ki, davanı başlayan Camal Pirverdiyev yox, Ceyhun Priverdiyevdir. Sonuncu Moskvada stomatolji klinikal şəbəkəsinin rəhbərinin oğlu, həm də müğənnidir.
Dava baş verən gün Ceyhun və Camalın nahar etdiyi restoranda çıxış edən “Faktor-2”nin solistləri qadınlara şiddəti əks etdirən mahnı səsləndiriblər. Bu isə Ceyhunun xoşuna gəlməyib. Pirverdiyev İlyanın masasına yaxınlaşaraq ona zərbələr endirib.
İlya qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.
Onu da bildirək ki, 2015-ci ildə Malik Pirverdiyevin oğurlanması barədə məlumat yayılmışdı.