13 Aprel 2019 13:46
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana aşkarlanıb.

Daha bir əməliyyat Sumqayıt şəhərində keçirilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Daşdəmirovdan 480 qram marixuana götürülüb.

Oxşar əməliyyat Sabirabad rayonunun Qaratəpə kəndində də keçirilb.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Cəfərovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 600 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov