4 Sentyabr 2014 02:07
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib.


ANS TV-nin məlumatına görə, şəhər sakini, Nizami prospekti 10/2 ünvaninda qeydiyyatda olan 31 yaşlı Fərəcov Zaməddin Mikayil oğlu şəxsi münasibətlər zəminində hələ ki, istintaqa məlum olmayan şəxs tərəfindən “Vinçestr” markalı odlu silahla güllələnib.


Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən ətrafdakı insanların köməkliyilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatoliogiya şöbəsinə yerləşdirilib.


Zaməddin Fərəcova tibbi yardım göstərilsə də, vəziyyəti ağır qiymətləndirilir. Zərəçəkmişə sol baldırın 3/1 hissəsinin dağılmış yarası diaqnozu qoyulub. İnsidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən hadisəni Göygöl Rayon Polis Şöbəsi araşdırır.


Faktla bağlı cinayət işi başlanılıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat aparılır.


Müəllif:

Oxşar xəbərlər