Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu il aprelin 3-də baş verib.
Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsədə tibbi yardımlara baxmayaraq bu gün dünyasın dəyişib.
E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd edib. O xəstəxanaya yerləşdirilib. Sağalandan sonra hüquq mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.