Bakıda 3 nəfər evə basqın edib.
Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 4-ü saat 03 radələrində Nail Rzayevin Xətai rayonu Gəncə prospektindəki mənzilinə Emin kimi tanıdığı və üzlərində maska olan digər iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər. Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa tutulublar.