10 May 2019 16:43
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prosesdə hökm oxunub.

Bəxtiyar Əhmədov 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu bıçala qətlə yetirib. Onların arasında mübahisə Bəxtiyar Əhmədovun ona "polisə arxada oturan qız arvadımdır deyərsən" sözündən sonra olub.

Bəxtiyar Əhmədov buna etiraz edən zaman Fikrət Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub.

Nəticədə Bəxtiyar Əhmədov 13 illdir dostluq etdiyi Fikrət salmanovu öldürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər