Türkiyənin Karaman vilayətində Fateh adlı 22 yaşlı şəxs həyat yoldaşının mobil telefonuna mesaj yazan şəxs tərəfindən bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, Fateh adlı şəxs həyat yoldaşının telefonuna mesaj göndərən Mustafa adlı şəxsə zəng edərək xəbərdarlıq edib. Tərəflər Əhməd Yəsəvi məhəlləsi 833 ünvanında görüşərək mübahisə etməyə başlayıb.
Ayağından yaralanan şəxs xəstəxanaya çatdırılıb, polis hücum edən Mustafa adlı şəxsin tapılması üçün hərəkətə keçib.