17 May 2019 14:32
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda içki aludəçisi olan atasını öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Laçın Novruzovun barəsində olan hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib.

Daha sonra apelyasiya protestinin dəlilləri müəyyən olunub.

Məlum olub ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Laçın Novruzovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Amma məhkəmə həmin cəzanı təyin etməyib.

Şikayətdə qeyd olunub ki, Bakı Ağır Cinayərlər Məhkəməsinin hökmü ilə Laçın Novruzov 10 il müddətinə azadlıqdam məhrum edilib. Prokuror həmin cəzanın artırılmasını təklif edib.

Bu şikayət üzrə proses mayın 30-da davam edəcək.

İttihama görə, qətl hadisəsi 2017-ci ilin yanvarın 4-də, gecə saat 23:00-da Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib.

Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib.

Asəf Zeynallı adına Musiqi Kollecinin 3-cü kurs tələbəsi olan Laçın Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. İttihama münasibət bildirən Laçın Novruzov özünü elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O deyib ki, atası hər gün içki içib və evdə səs-küy salıb: "22 yaşım var, özümü dərk edirəm. Qətl törətmək fikrim yox idi. Atam bıçaqla məni vurmaq, öldürmək istəyirdi. Onu öldürmək fikrim olsaydı, illər əvvəl bu cinayəti tərədərdim. Uzun müddətdir atam evdə səs-küy salır, anama işgəncə verir, onu döyürdü. Ona 21 bıçaq vurmuşam, həmin vaxt özümdə olmamışam".

Zərərçəkmişin hüquqi varisi Məryəm Novruzova mərhumun həyat yoldaşı, həm də təqsirləndirilən şəxsin anasıdır.

Bildirib ki, əri ona işgəncə verib, oğlanlarını öldürməklə hədələyib: "Oğlum günahsızdır. Həyacandan danaşa bilmirəm. O, azadlığa buraxılmalıdır".

Daha sonra təqsirləndirilən şəxsin qardaşları Vətən və Qoşqar Novruzov qardaşları şahid qismində ifadə veriblər. Onlar bildiriblər ki, ataları içki düşkünü olub, hər gün evdə dava salıb. Qoşqar Novruzov bildirib ki, hadisə zamanı hərbi xidmətdə olub: "Atam həmişə evdə dava salır, hər gün içki içir, anama işgəncə verirdi".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər