Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda əri ilə mübahisə edən qadın çoxsayı bıçaq zərbələri ilə qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, Cemal O. (37 yaş) və həyat yoldaşı Özgü O. (32 yaş) qısqanclıq zəminində mübahisə ediblər. Mübahisə daha da qızışdıqdan sonra Cemal O. əlindəki bıçaqla xanımına dəfələrlə zərbə ebdirib. Özgü O. ağır yaralandığından dünyasını dəyişib, Cemal O. isə evdən gedib. Səhər saatlarında polis bölməsinə gələn ər hadiəni etiraf edib.
Cemal O.-nun bildirdiyiə görə, o, həyat yoldaşına bəzi yaxınları ilə görüşməmək barədə xəbərdarlıq edib. Hadisə baş verən günü də bu səbədən onların arasında mübahisə yaranıb.
Cemal O.-nun mayın 12-də sosial mediada paylaşdığı fotolar diqqəti cəlb edib. Belə ki, o, fotolar paylaşaraq, Analr Günü münasibətilə xanımını təbrik edib: "Allahımın verdiyi ən gözəl, ən qiymətli xəzinəsən, mənim biricik xanımım, Analr Günün qutlu olsun. Nə yaxşı ki varsan, sultanım".