25 May 2019 01:09
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki dost küçədə qarət olunub.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Əhmədzadə Məhəmməd Şahin oğlu gecə saatlarında dostu Süleymanov Süleyman Akif oğlu ilə Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında olarkən əvvəllər tanıdığı Azər adlı şəxs onlara yaxınlaşaraq pul tələb edib.

Dostlar ona pul verməkdən imtina edəndə Azər cibindəki bıçaqla S.Süleymanovu hədələyərək onun 105 manatını götürüb hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com