Şəkidə avtomobil qaçıran əvvəlki məhkumlar saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət edən taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T. Mustafazadə mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “Vaz 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər, şəhər sakinləri - Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub.
Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.