Lənkəran rayonunun Göyşaban kəndində münaqişə zəminində Ağdam rayon sakininə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 6-da Lənkəran rayonunun Göyşaban kəndində Bərdə şəhər sakini Fərid Məmmədzadə münaqişə zəminində Ağdam rayon sakini Tural Qasımova bıçaqla xəsarət yetirib. T.Qasımov aldığı xəsarətdən hadisə yerində ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məmmədzadə tutulub.
Faktla bağlı araşdırma aparılır.