30 May 2019 16:33
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb və çıxış etmək üçün prokuror Sabir Abdinova söz verilib.

Prokuror Xəyal Məmmədovun əməlinin məhkəmədə tam sübuta yetirildiyini deyib. O, Xəyal Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses mayın 31-də davam edəcək.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər