31 May 2019 00:40
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B. Cəfərov 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakının Sabunçu rayonunda əvvəllər məhkum olunmuş B. Cəfərov evində münaqişə zəminində tanışı Rəfayel Rzayevi döyərək qətlə yetirib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər