7 İyun 2019 15:50
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İran vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan təqsirləndirilən şəxsə hökm oxunub.

Tahir Hüseynov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, Tahir Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək onun 52 min manatını alıb.

Məlum olub ki, Aslani Heidarabad Jafar Hamid Azərbaycandan Tahir Hüseynovun adına avtomobil alıb və İrana aparmaq istəyib.

O, İranda isə avtomobili öz adına keçirmək niyyətində olub.

Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər.

Sonradan Tahir Hüseynov maşınla Bakıya qayıdıb, Aslani Heidarabad Jafar Hamid isə ölkəsinə gedib.

Bir müddətdən sonra Aslani Heidarabad Jafar Hamid Azərbaycana gəlib və Tahir Hüseynovdan avtomobilini tələb edib.
Tahir Hüseynov isə maşını satdığını, borclarına verdiyini deyib.

Aslani Heidarabad Jafar Hamid Azərbaycan hüquq-mühafizə orqanlarıma Tahir Hüseynovun əməlindən şikayət edib. Onun şikayəti əsasında Tahir Hüseynov saxlanılıb.

İstintaq orqanı tərəfindən Tahir Hüaseynovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər