8 İyun 2019 12:47
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən polislər işdən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı sosial şəbəkədə yazıb.

Qeyd edib ki, daxili işlər naziri Ramil usubovun 7 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanından xaric olunub.

Şöbənin təhqiqatçısı Elnur Rəşidov vəzifədən azad edilib, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.

Qeyd edək ki, mayın 31-də müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərli müvəqqəti olaraq saxlanılıb.

İddiyaya görə, polis bölməsində ona fiziki zor tətbiq edilib.

Vəkil Binəqədi rayon Prokurorluğuna müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər