9 Sentyabr 2014 16:57
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı insidentdə həbs edilənlərin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Məlumata görə, 17 nəfərlik mütəşəkkil dəstənin cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin olunub.

İttihama görə, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

R. Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.

Hacı Zeynalov


Müəllif: