26 İyun 2019 23:17
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Xəzər rayonu Buzovna qəsəbəsində 31 yaşlı Rəşad Əliyevin qətlinin təfərrüatı məlum olub.

Hadisənin təfərrüatı barədə Oxu.Az-a Xəzər rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

29 yaşlı Murad Baxşiyev “VAZ-2107” avtomobili ilə R.Əliyevi vurub. R.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib, şübhəli isə saxlanılıb. Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi qaldırılıb.

Lakin M.Baxşiyev iddia edir ki, qonşusunu təsadüfən vurub. Hadisə zamanı R.Əliyevin yanında M.Baxşiyevin bacısı olub. Məlum olub ki, o boşanıb və təkbaşına üç uşaq böyüdür.

İstintaqın versiyasına əsasən, M.Baxşiyev bacısını R.Əliyevin yanında gördüyünə görə hiddətlənib və bu səbəbdən onu idarə etdiyi maşınla vurub. Ancaq saxlanılan bunu qəsdən törətdiyini etiraf etmir.

İstintaq davam edir.


Müəllif: Teleqraf.com