Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 5-də, saat 17:20 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzindəki mağazada qeydə alınıb. Ruslan Salahova məxsus içərisində 4006 manat və 200 ABŞ dolları olan pul kisəsini masanın üzərindən oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Əjdər Həziyev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov