5 İyul 2019 14:22
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən deputatılığa keçmiş namizəd Xalidə Şirəlizadə, Suliddin Məmmədov, Firdovsi Şirəıliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, Xalidə Şirəlizadə barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Xalidə Şirəlizadə ilə Firdovsi Şirəliyev bacı-qardaşdır.

Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xalidə Şirəlizadə, Suliddin Məmmədov, Firdovsi Şirəıliyev vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilirlər.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər