5 İyul 2019 15:15
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elmar Əliağazadə 6 il, Rahid Tarverdiyev 8 il, Famil Qəfərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, üç nəfərdən ibarət dəstə üzvü Füzuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib.

Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rahid Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini Famil Qəfərov və 1993-cü il təvəllüdlü, Astara rayon sakini Elmar Əliağazadə məsuliyyətə cəlb olunublar.

Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.

Belə ki, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə R.Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər.

Sonradan Famil Qəfərov oyuncaq silahla R.Rüstəmovu hədələyərək onun 219 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.

Zərərçəkmiş kimi tanınan 16 yaşlı gənc əyləncə məclisləri təşkil etmək üçün də hazırda həbsdə olan şəxslərə müraciət edib. Məclisləri təşkil edən Famil qız da gətirib və yeniyetməni onlarla görüşdürüb.

Amma sonra onu şantaj edərək, pul verməsə həmin fotoları atasına göstərəcəyini deyib.

Cinayət işində A.Rüstəmovla yanaşı, onun atası Xəqani Rüstəmov və Şamama Qocayeva da zərərçəkmiş qismində tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər