Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Kürkənd kəndində qeydə alınıb. Bakı şəhər sakini Məzahir Rüstəmov idarə etdiyi “Setra” markalı avtobusla yolu keçən Türkəçi kənd sakini Yusif Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hacı Zeynalov