10 Sentyabr 2014 15:43
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda avtomobil oğurluğu ilə məşğul olan şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Saatlı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Xudayar Yaqubov bildirib ki, sentyabrın 8-də “VAZ-21063” markalı avtomobili oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində avtomobil rayonun Məmmədabad kəndinin ərazisində tapılıb. Oğurluq hadisəsini törədən şəxslər Əlipənah Məmmədov və Amid Yaqubov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: