30 Aprel 2014 14:32
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan gələn Azərbaycan vətəndaşından qadağan olunan maddə götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Vidadi Mahmudov gömrük nəzarətindən keçərkən onun gömrük nəzarətinə "adi su" kimi təqdim etdiyi plastik qabda 480 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 480 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir.


Müəllif:

Oxşar xəbərlər