Bakıda piyada qadının ölümünə səbəb olmaqda təqsirli bilinən avtobus sürücüsü Bəxtiyar Həmzəliyev barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il martın 19-u saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Həmzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.
Hökmdən narazı qalan məhkum apelasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.