24 İyul 2019 12:41
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən Feyruz Məmmədov və Məmmədalı Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 5-də, səhər saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib.
Qəsəbədə yerləşən mərmər sexinə gəlmiş naməlum şəxslər orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək, oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparıb.

Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Feyruz Məmmədovla Məmmədalı Quliyevi saxlayıb və barələrində quldurluq maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər