6 Avqust 2019 12:40
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda piyadanı vurararaq hadisə yerindən qaçmaqda təqsirləndiirlən Hüseyn Əhmədovun cinaytət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Hüseyn Əhmədovun vəkili vəsatət qaldıb. O, istintaq dövründə müvəkkilinin müdafiə hüququnun pozulduğunu və cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib.

Məhkəmə cinayət işinin prokurorluğa qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, bu il mayın 1-də Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər