Cəlilabad rayonu ərazisindəki fermaların birindən 6 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 9-da rayon ərazisindəki fermaların birindən 6 baş inək oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri F.Ağayev və Ş.Nəhmətov saxlanılıb.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2018-ci ilin noyabr ayından cari ilin iyul ayınadək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus, ümumilikdə 10 baş camışı və 6 baş inəyi oğurlamaları da müəyyən edilib.