22 Avqust 2019 01:43
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda döyülmə faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, kişi ailə münaqişəsi zəminində həyat yoldaşı 1987-ci təvəllüdlü Hacıyeva Xalidə Zabit qızını və qaynanası 1961-ci təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyüb.

Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com