14 Sentyabr 2014 12:00
840

Sumqayıtda səhər saatlarında yol qəzası baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Zahidov Füzuli Babək oğlu hadisə yerində aldığı xəsarətlərdən həyatını itirib. Onun cəsədi deformasiyaya uğramış avtomobilin içində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F.Zahidovun cəsədini avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:49-da başa çatıb.


Müəllif:
Загрузка...