5 Sentyabr 2019 11:37
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a daxil olan açıqlamada bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: "Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər