Bakıda dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Haldun Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir.
Vətəndaşların şikayətləri əsasında Haldun Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Lakin o, istintaqdan yayınıb.
Daha sonra Haldun Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində 5 zərərçəkmiş var.