Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi sentyabrın 11-nə keçən gecə Nizami küçəsində baş verib. Bakı şəhər sakini Yekaterina Aleksandrovnaya məxsus mağazadan 450 manat oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Şəhruz Xəlilov tutulub.
Hacı Zeynalov