Ədliyyə Nazirliyinin penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a penitensiar xidmətiniİctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Müşfiq Ədalət oğlu İsayevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Cavid Ədalət oğlu İsayevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı onun əynində olan şalvarın arxa cibindən zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Müşfiq İsayev Cinayət Məcəlləsinin 234.3 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov