Azərbaycanın iki rayonunda silah-sursatların götürülməsi ilə bağlı tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi aşkar olunub.
Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R.Şıxəliyev və Ş.Əbilov 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.
Bütün faktlarla bağlı araşdırma aparılır.