15 Sentyabr 2014 14:02
369

Daxili İşlər Nazirliyini Ağcabədi rayonunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 14-də, saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb. Rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi “Mercedes”, Nəbi Ağamalıyevin idarə etdiyi “Daewoo” və Elgün Bəbişovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

E.Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...