Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm ″DOS-84″ adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.