23 Sentyabr 2019 22:26
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən, habelə 1 həyətyanı sahədən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri E.İmdalıyev, C.Ağayev və onun qardaşı saxlanılıb, əvvəllər məhkum olunmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən və 1 zavoddan təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov