Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini A.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 302 qrama yaxın heroin və 242 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.