9 Oktyabr 2019 12:50
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suaraxanı rayonunda soyğunçuluq olub.

Teleqraf.com xəbər verir ki, 31-ci polis bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.


Müəllif: Hacı Zeynalov