22 Oktyabr 2019 10:39
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Günəş Nurəttin Şükrü oğlununun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlnacaq.

İstintaq orqanı tərəfindən Günəş Nurəttinin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham olunub.

İttihama görə, Günəş Nurəttin Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb edib.

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov