24 Oktyabr 2019 10:00
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt polisi tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 9 ayında 26 soyğunçuluq və quldurluq cinayətlərində şübhəli bilinən 55 nəfərdən ibarət 26 qrup zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O, bildirib ki, hesabat dövrü ərzində 74 mənzil oğurluğu törədən 98 nəfərdən ibarət 42 cinayətkar qrup ifşa olunub.

Elşad Hacıyev əlavə edib ki, hər bir fakt üzrə polis orqanlarında şübhəli şəxslərin istintaqı, ictimai təhlükəli əməllərin profilaktikası üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər davam etdirilib.


Müəllif: Hacı Zeynalov