18 Sentyabr 2014 11:16
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb. Dəllər qəsəbə sakini Əbülfət Əliyev idarə etdiyi “QAZ 3110” markalı avtomobillə hərəkətdə olarkən rayon sakini Gilas Alıyevanı vurub.

Yaralı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər