Agcabədi rayonunda qətl hadisəsi törədilib.
Rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb.
Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.