Zaqatalada qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Zaqatala şəhərində şəhər sakini Səbuhi Ələsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni xuliqanlıq zəminində törətmiş Qazangül qəzəbə sakini Kamran Məmmədov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
Hacı Zeynalov