19 Sentyabr 2014 09:41
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini, 1988-ci il təvəllüdlü Vüqar Mahmudov naməlum şəxs tərəfindən mübahisə edib. Mübahisə zamanı naməlum şəxs onun boğazını kəsib. O, ağır xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsi müəyyən etmək mümkün olmayıb. Hazırda cinayət işi üzrə əməliyyat tədbirləri görülür.

Hacı Zeynalov


Müəllif: