Şəkidə istirahət mərkəzlərindən birində əxlaqsızlıq yuvası aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Səfərli həbs edilib. Onun bir qrup şəxslə birlikdə işlədiyi Şəki şəhəri, Kiş kəndi ərazisində yerləşən “Ümid” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov